May 11, 2021 16:50 Asia/Baku

İmam Xomeyni(r.ə)-in fərmanının icra qərargahının sədri «Kovo İran Bərəkət» adlı İran vaksininin ilk kütləvi istehsalının təqdimatı mərasimində vurğulayıb ki, hər ay otuz milyon doza vaksin istehsal olunacaq.

Verilişin müddəti : 00:01:25

Tarix :                  11-05-2021

-------------------------------------------------------

SəhərAzəri-nin məlumatına əsasən, Mohəmməd Moxber «Kovo İran Bərəkət» vaksini istehsalının ilk təqdimatı haqda deyib ki, bu vaksinin/ həcmi üç yüz min doza olan ilk partiyasını/ bu gün, çərşənbə axşamı günü, təhvil verdik.

İmam Xomeyni(r.ə)-in fərmanının icra qərargahının sədri qeyd edib ki, avqustun 23-dək otuz milyon doza da təhvil verə biləcəyik.

Moxber indiyədək aparılmış və üçüncü faza ilə üst-üstə düşən klinik sınaqlar barədə bildirib ki, bu işin nəticələri təqribən yüz faiz pozitiv olub. O, deyib ki, vaksin birinci və ikinci fazalarda yüz faizlik təsirə malik olub və ümid edirik ki,üçüncü fazada da yüz faizlik təsir göstərəcək.

İranlı alim və mütəxəssislər koronavirusla mübarizə üçün bir neçə növ vaksin düzəltməyə və istehsal etməyə müvəffəq olublar. Onların bu nailiyyəti dünyanın elmi dairələri tərəfindən yüksək dəyərləndirilib.

 

 

-------------------------------------------------------

http://azeri.sahartv.ir/news

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər