Fev 15, 2022 22:18 Asia/Baku

Bu gün 13 rəcəb 1443-cü hicri qəməri ili, 15 fevral 2022-ci milad ili dünya şiələrinin birinci imamı Həzrət Əmirəl-Möminin Əlinin (ə) səadətli viladətinin ildönümü günüdür.

Verilişin müddəti :  00:55:14

Tarix :                    15.02.2022

Aparıcı :                R. Əmngostər

-------------------------------------------------------------------------------------

 

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Əli İbn Əbitalib (ə) 13 Rəcəbdə Kəbədə dünyaya göz açıb.

O həzrət yeniyetməlik dövrünü əziz islam peyğəmbərinin (s.ə.s) yanında olub. İslama ilk iman gətirən İmam Əli islam dininin təbliği dövründə əziz peyğəmbərin əsas yaxınlarından biri hesab olunurdu.

İran İslam Respublikasının təqvimində dünya şiələrinin birinci imamının viladət günü həm də atalar günü kimi qeyd olunur.

İslami İranın xalqı  İmam Əlinin (ə) səadətli viladətinin ildönümü günündə şənlik edir.

İmam Əlinin (ə) səadətli viladətinin ildönümü günü münasibəti ilə bütün müsəlmanlar və dünyanın digər azadlıqsevərlərini təbrik edirik.

 

-------------------------------------------------------------------------------------

 

 

Teqlər