Yan 22, 2023 09:18 Asia/Baku

MBH üzvləri 20 yanvar mərasiminə qatılıblar

Azərbaycan Respublikasında şiə dini cərəyanlarına qarşı repressiya mühitinin hökm sürməsinə baxmayaraq, “Müsəlman Birliyi Hərəkatı”nın üzvləri və tərəfdarları 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Bakının Şəhidlər Xiyabanını öz üslublarında ziyarət etməyə imkan tapıblar.

Məlumatda qeyd olunur ki, ziyarətçilər “Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız” və “Zülm etmirik, zülmə boyun əymirik” şüarı ilə yürüş keçirib, sonra isə Azərbaycan şəhidlərinin və Kərbəla şəhidlərinin ruhuna dua ediblər.

“Müsəlman Birliyi Hərəkatı”nın lideri Hacı Tale Bağırov hazırda həbsdədir. Hərəkat mövcud repressiyalara baxmayraq öz aktivliyini qoruyub saxlayır və cəmiyyət arasında geniş nüfuza malikdir. 

Bu arada Müsəlman Birliyi Hərəkatının 5 üzvünün dünənki aksiyadan sonra saxlandığı barədə məlumat yayılıb. Bildirilir ki, bu dəqiqəyə qədər onlardan heç bir xəbər yoxdur.

MBH üzvlərindən biri deyib ki, Azərbaycan xalqının qan yaddaşı olan “20 Yanvar” şəhidlərinin anım tədbiri olan Şəhidlər Xiyabanında yürüşdə iştirakından sonra Rasif Çıraqov, Etibar İsmayılov, İmran Məmmədli, Elçibəy Həsənli, Alik Aslanov polis idarələrinə çağırılıb. Bəzilərini hətta öz evlərində saxlanılaraq müvafiq polis bömələrinə aparılıb.

MBH mətbuat katibliyi məlumatı təsdiqləyib və üzvlərin vəziyyətini diqqətdə saxladığını söyləyib.  

 

Teqlər