10 milyon azərbaycanlı həbs ediləcək?
Hərhansı müxalif səsi boğmaqda xüsusi qəddarlığa malik olan Azərbaycan Respublikası hökuməti, sionist İsrail rejiminin planı əsasında İranla əlaqələri gərginləşdirdikdən sonra başlatdığı həbsləri davam etdirir.
Ölkənin ucqar kəndlərinədək öz şiə inancına sadiq olan hər kəsi nəzarətə almaq istəyən rejim, bunu “İran casusu” damğası ilə həyata keçirir.
Bakupost.az məlumat verir ki, DTX-nin Neftçalada keçirlən xüsusi əməliyyatı nəticəsində İlham və Ramil adlı iki nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib. İlhamın qəssab olduğu, Ramilin isə Neftçalada "Xalqbank"da çalışdığı deyilir.
“Mouze" Teleqram kanalı isə Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayev adlı şəxslərin həmin damğa ilə həbs edildiyini yazıb.
Qeyd edək ki, saxlanılanlarla bağlı rəsmi açıqlama yoxdur.
Müxalifəti həbs etmək üçün cibinə nakotik atan rejimin indi İsrail rejiminə işğalçı deyənləri “İran casusu” ittihamı ilə həbs etməsi tam normal qəbul edilməlidir.
Ucqar kəndlərdə qəssabları “İran casusu” adı altında saxlayan DTX iki gün öncə paytaxtın ortasında bir deputata bir daraq dolusu güllə yağdıran hücumçudan hələ xəbər tura bilməyib.