Mart 31, 2023 20:33 Asia/Baku

“Ustad ruhani” saxlanıldı - ŞƏRH

Azərbaycanda inanclılara qarşı represiya davam edir və rejim ictimai qınağa tuş gəlməkdən narahat deyil. 

Ustad Ruhani kimi tanınan və əslən Neftçala rayonunundan olan ruhani Höccətül-İslam Siyasət Bağırov dünən axşam saatlarında Əliyev rejiminin polisləri tərəfindən həbs olunub.

Tayfa rejiminin açıqlamasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindarın saxlandığı iddia edilir.

S.Bağırov digər dindarlar kimi narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevin də həbs olunduğu bildirilir.

Deyilənlərə görə, Əliyev rejimi Ümümdünya Qüds Günü ərəfəsində sionist İsrail rejiminin tapşırıqları əsasında müsəlman xalqa divan tutmaqda davam edir və repressiyyaları gücləndirməklə xalqın gözünü qorxutmaq istəyir.

Müsəlman əhaliyə qarşı sitəmin güclənməsi ondan xəbər verir ki, Əliyev rejimi xalqın İsrail rejiminə nifrət etdiyi bir vaxtda daha çox bu rejimə arxalanır və özünün gələcəyini onun istəklərinə bağlayıb.

Qəribədir ki, daxili böhran altında inildəyən İsrailə həddən artıq yaxınlaşmaq ailə rejiminin dünya siyasətindən hansısa anlayışa malik olmadığını nümayiş etdirir. Bəs görəsən sionistlərlə bazarlığın fəsadlarından xəbərsiz olan Əliyev öz xalqının reaksiyasını uzun müddətdə nəzərə almaya bilər? O, dindarları və ruhaniləri şərləyib susdurmaqla nəyə nail olacaq? Təbii ki, ictimaiyyət təmiz insanların narkotik ittihamına inanmır və rejimin məhkəmələri bu işdə çətinlik çəkir və Azərbaycanın hüquq dövləti müstəvisindın çıxdığını gördükdə biabırçı vəziyyətə düşdüklərini hiss edirlər.  

 

Teqlər