Apr 05, 2023 18:55 Asia/Baku

Azərbaycan müxalifətini təmsil edən Milli Şuranın sədri tayfa rejiminin dindarlara qarşı repressiv hərəkətlərini qınayıb.

Cəmi Həsənli bildirib: “Son həftələr ərzində ölkədə din xadimlərinin, ilahiyyətçi üləmaların və dindarların kütləvi həbsi gedir. Qeyri-rəsmi məlumatlara görə həbs olunan və müxtəlif ittihamlarla saxlanılanların sayı 400-500 nəfər ətrafındadır. Din xadimlərinin, ilahiyyətçi alimlərin cibinə narkotika atıb həbs etməklə bağlı məlumatlar yayılır. Məsələnin acınacaqlı tərfi budur ki, Azərbaycan hakimiyyəti İranla münasibətlərin gərginləşməsi fonunda öz vətəndaşlarını cəzalandırır, onların kütləvi həbsini həyata keçirir. İstintaqsız-məhkəməsis tanınmış din xadimlərinin üzərinə casus damğası vurulur. Məsələ hüquq müstəvidən çıxaraq siyasi məzmun kəsb etməyə başlayır”.

Milli Şuranın sədri qeyd edib ki, Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanda bu qədər din xadimi həbs edilməyib. Bundan əlavə ayrı-ayrı həbs olunmuş adamların anket məlumatlarında göstərilir ki, İrana nə bilim 10 dəfə, 12 dəfə və ya 9 dəfə gedib gəlib. Azərbaycanın cənub sərhədlərində yaşayan vətəndaşlar dövlətin qoyduğu qaydalar əsasında il ərzində müxtəlif səbəblərdən kimisi müalicə, kimisi sosial ehtiyaclar və s. ücubatından 8-10 dəfə İrana gedib gəliblər. Bu meyarla yanaşsanız gərək ölkə əhalisinin yarısını həbs edəsiiz. Haçandan İrana gedib gəlmək cinayət əməli sayılır?

Siyasətçi xəbərdarlıq edib ki, Azərbaycanda hüquq adına bir şey qalmayıb, hər şey polis dəyənəyinə söykənib, qanun işləmir, əvəzində Bandotdelin işgəncə labaratoriyası işləyir. Cəmil Həsənli sonda bu qədər din xadiminin, ilhahittəçi alimin, islam inanclı vətəndaşların agent olmasının inandırıcı olmadğını qeyd edib. “Əgər bunlar agent idilərsə, bəs ölkənin təhlükəsizlik orqanları indiyə qədər hara baxırdılar? Necə oldu ki, bunların kütləvi şəkildə casus olduğu indi yada düşdü. Sabah ikinci "Tərtər faciəsi" ilə qarşılaşmamaq üçün mən ölkənin tanınmış din xadimlərinin, ilahiyyətçi alimlərinin, islam inanclı vətəndaşlarının narkotika və digər saxta ittihamlarla kütləvi şəkildə həbs edilməsinə, heç bir araşdırma aparmadan, dəlil-sübut ortaya qoymadan onların üzərinə casus, agent damğalarının qoyulmasına öz etirazımı bildirirəm və hakimiyyət orqanlarından bu rüsvayçı kampaniyanı dayandırmağı, günahsız həbs edilənləri azad etməyi tələb edirəm”, - deyə Cəmil Həsənli vurğulayıb.

 

Teqlər