İyul 10, 2023 18:35 Asia/Baku

İrəvanda “Artsax bizim baş ağrımızdır” deyirlər

Qondarma Dağlıq Qarabağ Respublikasının sabiq “dövlət naziri” və tanınmış milyarder Paşinyan hökumətini sərt şəkildə tənqid edib.

 

Ruben Vardanyan deyib ki, Ermənistan hakimiyyəti “Artsax bizim baş ağrımızdır və ondan qurtulsaq, sülhdən həzz alacağıq” kimi tezislər irəli sürür. Arqumentləri bundan ibarətdir ki, irəli sürülür ki, bizə Artsax lazım deyil, çünki bu, başağrısıdır və Azərbaycanın bir hissəsi olacaq.

Vardanyan sonra xaricdəki erməni diasporunun da bostanına daş atmağı unutmayıb. “Dünyada diasporun da öz problemləri var. Artsax belə çətin daxili vəziyyətdə olduğundan erməni dünyasının hazırkı vəziyyəti başa düşmək hissi yoxdur”, - deyə o vurğulayıb.

Rusiyanın himayəsi ilə Xankəndinə gətirilmiş milyarder qeyd edib ki, 44 günlük müharibə erməni cəmiyyətinə böyük sarsıdıcı təsir göstərib, insanlar elə bir vəziyyətdədirlər ki, onlar birləşib, vəziyyəti dəyişmək istəmirlər.

Vardanyan sonra əlavə edib: “Biz blokada şəraitindəyik. Bu, hər gün vəziyyəti çətinləşdirir. Tibbi problemimiz, qida problemimiz, yanacaq problemimiz var. Blokada müharibənin ən pis vəziyyətidir, ondan çıxmaq çətin məsələdir”.

Separatçı sonra müharibənin bitmədiyini və davam etdiyini bildirib. O deyib: “Azərbaycan bizə qarşı 14 yolla müharibə aparır. Onlar ardıcıl olaraq hər şeyi edirlər ki, buradakı insanlar öz vətənlərində ümidsizliyə və məyusluğa qapılsınlar”.

 

Teqlər