Noy 22, 2023 17:52 Asia/Baku

Türkiyəli vəkillər İsrail rəhbərliyini Beynəlxalq Məhkəməyə veriblər

Xunta İsrail rejimi Qəzzədə törətdiyi cinayətlərinə görə Beynəlxalq Məhkəmədə cavab verməli olacaq.

İki türkiyəli hüquqşünas Netanyahu da daxil olmaqla 8 yüksək vəzifəli İsrail məmurlarının mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə sorğu göndərdiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Türkiyə hökuməti İsrailin baş naziri Benyamin Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıb.

Bildirilib ki, Qəzzə zolağına olan zərbələrə görə İsrail hökumətinin başçısı məsuliyyət daşıyır.

Qeyd edək ki, noyabrın 4-də Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Benyamin Netanyahunu artıq öz həmsöhbəti hesab etmədiyini deyib.

Bu arada Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) da sionist rejimin Qəzzə zolağında hərbi cinayətlər törətdiyinə dair faktların mövcudluğunu elan edib və bu rejimin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edib.

Təşkilatın bəyanatında vurğulanır ki, Qəzzədə heç bir yer təhlükəsiz deyil və İsrailin qanunsuz hücumları onun fələstinlilərin həyatına açıq-aşkar etinasızlığını nümayiş etdirir.

Beynəlxalq qurumun bəyanatının davamında bildirilib: “Beynəlxalq Cinayət Məhkəməsinin prokurorundan Qəzzədə törədilmiş hərbi cinayətlərin araşdırılmasını sürətləndirmək üçün konkret tədbirlər görməsini xahiş edirik.”

Təl-Əviv rejimi ittihamlara cavab olaraq bildirib ki, İsrail Fələstindəki vəziyyətin araşdırılmasında Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq etməyəcək.

İşğalçı rejimin İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Ben-Dorun sözlərinə görə, bu rejim BCM-nin istintaq komissiyalarına etibar etmir.

 

 

Teqlər