Əmir Abdullahian Moskvada Ceyhun Bayramovla ikitərəfli görüş keçirdi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşmüş və qarşılıqlı müzakirələr aparmışdır.
Verilən məlumata görə, Əmir Abdullahian Xəzər dənizinə qonşu olan ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində Azərbaycanlı həmkarı Bayramovla ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıb.İranın xarici işlər naziri keçirilmiş bu görüşdə İran və Azərbaycan Respublikası prezidentlərinin son görüşünün ölkələr arasındakı əlaqələrdə dönüş nöqtəsi olduğunu vurğulayaraq, qarşılıqlı əməkdaşlığın siyasi, ticarət və tranzit sahələrində müsbət istiqamətdə irəlilədiyini bildirib.O, daha sonra əlavə edib ki, biz artıq iki ölkə başçıları arasında bu görüşün yaxşı nəticələrini görürük.
Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bu görüşdə bildirib ki, bu gün bizim Xəzərin mühüm məsələləri haqda birgə müzakirə etmək imkanımız yarandı. Çox məhsuldar fikir mübadiləsi apardıq və yekun bəyanat da çox faydalı oldu.Ceyhun Bayramov daha sonra qeyd edib ki, bugünkü görüşümüz çox yaxşıdır və ölkə başçılarının qarşılıqlı razılaşmalarına uyğun şəkildə aparılır.O, daha sonra bildirib ki, biz ikitərəfli şəkildə qəbul edilmiş layihələri nəzərdən keçirir və hazırda onun icrası üçün işlər görürük