Apr 09, 2024 19:08 Asia/Baku
  • “Sübh” media festivalının vaxtı uzadıldı

"Sübh” ikinci beynəlxalq media festivalında iştirak üçün son tarix aprelin 15-dək uzadılıb.

" Sübh " Media Festivalının təşkilatçı direktoru Möhsün Yəzdi açıqlamasında bildirib ki,İkinci "Sübh" Beynəlxalq Media Festivalı üç bölmədə keçiriləcək: “Ümumi”, “Xarici media” və “Fələstin” Bu festivalda yerli və xarici media fəallarının film, serial, sənədli film, televiziya proqramları, radio proqramları, podkastlar, kliplər, qrafika işləri, animasiya, qısametrajlı filmlər, məqalələr kateqoriyalarında təqdim etdiyi məhsullar müsabiqədə iştirak edəcək. Bu beynəlxalq tədbir mayın 18-20-də ixtisaslaşdırılmış seminarlar, bağlanış mərasimi və hər bölmə üzrə qaliblərin təltifləmdirilməsi ilə başa çatacaq.