Apr 22, 2024 17:26 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi fələstinlilərə qarşı qətli-amı və yüzlərlə nəfərin Qəzzədəki Nasir xəstəxanasında kütləvi şəkildə dəfn olunmalarını pisləyib. O, BMT-dən və dünya ictimaiyyətindən istəyibdir ki, bu cinayətin məhkəmə cəhətdən təqib edilib, araşdırılması, həmçinin onun amilləri və əmr edənlərinin cəzalandırılmaları üçün milli, regional və beynəlxalq imkanlardan istifadə etsinlər.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani dünən gecə Qəzzədəki Nasir xəstəxanasının ərazisində kütləvi qəbirlərin tapılmasına reaksiyada belə deyib: Nasir xəstəxanasının tibb kadrı, yaralılar və xəstələrdən yüzlərlə nəfərin qətli-am edilərək, gizli və kütləvi şəkildə xəstəxananın ərazisində dəfn olunması kimi dəhşətli, faciəli və kədərli xəbərin yayılması, dünyanın ümumi fikrində kədər və qəhərə səbəb olub.

1949-cu il Cenevrə konvensiyaları xüsusiyyət təşkil etməklə humanitar beynəlxalq hüququn xəstəxana və müalicə mərkəzlərini himayə etdiyini vurğulayan İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildiribdir ki: Sözügedən cinayətin törədilməsi, İsrail rejiminin və onu törətmiş sionist canilərin cinayət məsuliyyətinə cəlb olunmalarından əlavə, bu rejimin tanınmış hami dövlətləri üçün beynəlxalq məsuliyyət yaradır.

Kənani əlavə edib: Sionist rejimin Qəzzə zolağı sakinlərinə qarşı ardıcıl, mütəşəkkil və geniş cinayətəri hərbi cinayət və soyqırımın bariz nümunələridir və qeyd olunan cinayətiin əmr verənləri və icra edənlərinin cəzasız qalmaları ilə mübarizənin məsuliyyəti, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların üzərinə düşür.