Sionistlər Azərbaycan üzərindən ciddi oyunlar oynayırlar
Bakı ilə ABŞ arasında strateji müttəfiqlik nəyə köklənib?
Sionist nəşri faş edib ki, terror dövləti olan İsrail, ABŞ və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik yaratmaq üçün danışıqlar aparır.
Yerusalim Post yazır ki, Knessetdə “İsrail və Azərbaycan arasında strateji müttəfiqliyin möhkəmləndirilməsi” mövzusunda müzakirələr zamanı deputat Simon Moşiaşvili hökumətin Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı addımlar atdığını soruşub.
Deputatın sözlərinə görə, Azərbaycan uzun müddətdir ki, İsrailin regional təhlükəsizlik arxitekturasının mühüm elementi olmasına baxmayaraq, o, Amerika sanksiyalarından əziyyət çəkməkdə davam edir.
İsrailli deputat söhbəti zamanı Azərbaycanı – necə deyərlər – “tərifləyb”. Sitat: “Azərbaycan yeganə müsəlman ölkəsidir ki, İsraillə əlaqələr təkcə hakim elita ilə məhdudlaşmır, həm də geniş əhali arasında dərin dəstək qazanıb”-sitatın sonu.
Sionist deputat çıxışında iddia edib ki, 7 oktyabr hadisələrindən sonra Azərbaycan müsəlmanları İsrailin Bakıdakı səfirliyinə gül dəstələri gətirərək, xatirə şamları yandıraraq, sionistlərə guya öz dəstəklərini bildiriblər.
Baş nazirin adından deputatın çıxışını cavablandıran nazir Orit Ştrak deyib: “Azərbaycan İsrailin Qafqazda mühüm strateji müttəfiqidir”.
Onun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə əməkdaşlığı gücləndirməkdə davam edəcək.
Öz növbəsində, İsrailin Baş Nazirlik Ofisi bəyan edib ki, bu rejim İsrail, Azərbaycan və ABŞ arasında güclü üçtərəfli tərəfdaşlıq qurmaq üçün davamlı danışıqlar aparır.
Bəs görəsən bu hiyləgər gediş nəyə köklənib?
Beləliklə də sionistlər bu təhlükəli gedişlə Azərbaycan Respublikasını regionda təcrid edib bütün qonşularından ayırmağı, onu özləri üçün vassal dövlətə çevirməyi düşünürlər. Bu isə Azərbaycanın gələcəyi üçün yaxşı heç nə vəd etmir.