Zərif: Xalqın fədakarlığı olmasaydı, böyük qüdrətlər qarşısında durmağa qadir olmazdıq
May 23, 2015 19:14 Asia/Baku
İran xarici işlər naziri deyib: Əgər xalqın təzyiqlər və sanksiyalar qarşısında fədakarlığı olmasaydı, böyük qüdrətlər qarşısında durmağa və xalqın baxışlarını irəli sürməyə qadir olmazdıq
Səhər kanalının məlumatına görə, İranın xarici işlər naziri müharibə əlili gününün qeyd olunması mərasimində deyib: İranın beynəlxalq səhnədəki qələbə və uğurları xalqın rəşadəti və müqavimətindən mənşə alır.Məhəmməd Cavad Zərif əlavə edib: Düşmənlər qarşısında müqavimət İslam İnqilabının nailiyyətlərindəndir.
İran xarici işlər naziri əlavə edib: Əgər hazırda da dünyanın böyük qüdrətlərinə təslim olmuruqsa, məhz müqavimət mədəniyyətinin qorunması və müqəddəs müdafiə dövrünün məğlubedilməzliyindən irəli gəlir.