Kontr-admiral Səyyari: İran regionun birinci oyunçusudur
May 24, 2015 18:12 Asia/Baku
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı deyib ki, İran regionun birinci oyunçusudur və hər bir qüdrətin qarşısında duracaq.
Səhər kanalının məlumatına görə, kontr-admiral Həbibullah Səyyari bu gün Tehranda Xürrəmşəhrin fəthi üzrə qəhrəmanlıq yaradanların anım mərasimində əlavə edib: Bu gün İran tam təhlükəsizlikdədir və müstəqil bir ölkə kimi başıucalıq yolunda hərəkət edir.Bu gün xordadın üçü, mayın 24-ü, 1982-ci ildə Xürrəmşəhrin azadlığının ildönümü günüdür.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı kontr-admiral Səyyari sonra deyib: Bu gün İran xalqının malik olduğu hər bir şey şəhidlərin müqəddəs müdafiə dövründəki rəşadətləri və qanlarının hesabınadır.
Kontr-admiral Səyyari bildirib ki, İran İslam Respublikası Quruluşunun bayrağı hər yerdə dalğalanır. O, deyib ki, ordunun dəniz qüvvələri hər bir hədə ilə mübarizə aparması və şəhidlərin qızıl yolunu davam etdirməsi ilə fəxr edir.
İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı habelə müxbirlər qarşısında İranın Yəmənə humanitar yardımlar daşıyan gəmisinin İran ordusunun dəniz qüvvələrinin skortu edilməsinə dair bəzi xəbərlərə toxunaraq, bildirib ki, nicat gəmisi İran ordusunun dəniz qüvvələrinin dəstəyi ilə məqsədə çatıb.
Kontr-admiral Səyyari əlavə edib: Ədən körfəzi və Babulməndəbdən keçən hər bir gəmi İran ordusunun dəniz qüvvələri tərəfindən skort olunur.