Doktor Əxgərinin sərhədaşırı bölmənin verilişlərinin kəmiyyət və keyfiyyətinin artırılmasına təkidi
https://azeri.sahartv.ir/news/İran-i194142-doktor_Əxgərinin_sərhədaşırı_bölmənin_verilişlərinin_kəmiyyət_və_keyfiyyətinin_artırılmasına_təkidi
İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini sərhədaşırı bölmənin verilişlərinin kəmiyyət və keyfiyyətinin artırılmasına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 24, 2015 14:54 Asia/Baku
  • TV-də keyfiyyət gücləndirilməlidir
    TV-də keyfiyyət gücləndirilməlidir

İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini sərhədaşırı bölmənin verilişlərinin kəmiyyət və keyfiyyətinin artırılmasına təkid edib.

Səhər kanalının məlumatına görə, İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini doktor Məhəmməd Əxgəri bazar günü Səhər beynəlxalq telekanalının azəri televiziyasının iyirmi dörd saatlıq olması münasibəti ilə IRIB müxbirinə verdiyi müsahibədə deyib: Azəri televiziyası Azərbaycan Respublikasında çox baxılan kanallardan biridir və bu məntəqənin əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır.
Doktor Əxgəri sonra deyib: Səhər beynəlxalq telekanalının azəri televiziyasının tamaşaçıları islami mədəniyyət və paklıq əhli-beyti(ə)-ın təlimlərinin vurğunlarıdırlar.
İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini Səhər kanalının tamaşaçının cəzbində keyfiyyətə çalışdığını qeyd edərək, deyib: Bu kanalda radio və televiziyanın birləşdirilməsinə çalışıldı və dil bu kanalın vebsaytında əsas mehvər kimi nəzərdə tutulur və onun vebsaytı da bu gün təqdim olundu.
Səhər beynəlxalq telekanalının azəri televiziyası İran İslam Respublikası Teleradio Təşkilatının sədri, Teleradio Təşkilatının sərhədaşırı yayım üzrə sədr müavini, İran prezidentinin media üzrə müşaviri və bir qrup təşkilat müdirinin iştirakı ilə Xürrəmşəhrin azad edilməsinin ildönümü günündə keçirilən bir mərasimdə 24 saatlıq oldu.
Səhər kanalı İran İslam Respublikası Teleradio Təşkilatının sərhədaşırı yayım bölməsinin ilk telekanalıdır.