May 27, 2015 16:55 Asia/Baku
  • Seyid Abbas İraqçı
    Seyid Abbas İraqçı

İranın baş nüvə müzakirəçisi 5+1 qrupu ilə münasib nüvə anlaşmasına təkid edib.

İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı çərşənbə günü Avstriyanın paytaxtı Vyanaya daxil olduqdan sonra İRNA müxbiri ilə müsahibədə yekun nüvə anlaşması sənədinin hazırlanması prosesinin yekun mərhələsini xeyli mürəkkəb, daha artıq xırdalıqlara malik olan və son dərəcə ciddi bir mərhələ adlandırıb və deyib: İranın nüvə müzakirə komandası özünü zaman çərçivəsi ilə məhdudlaşdırmır. Əksinə, hər bir baxımdan özü üçün münasib olan bir anlaşma ardıncadır.
İranın xarici işlər nazirinin müavini əlavə edib: İran və 5+1 qrupu arasında xarici işlər nazirləri müavinləri və ekspertlər səviyyəsində yekun nüvə anlaşmasının ilkin mətninin hazırlanması üzrə müzakirələrin 5-cü dövrü çərşənbə axşamı start götürüb və bu gün xarici işlər nazirləri müavinləri səviyyəsində davam edəcək.

Teqlər