Tehranın Neft futbol klubu Ərəbistanın əl-Əhli komandası qarşısında qalib gəldi
https://azeri.sahartv.ir/news/İran-i194287-tehranın_neft_futbol_klubu_Ərəbistanın_əl_Əhli_komandası_qarşısında_qalib_gəldi
İranın Asiya Çempionlar Liqasındakı nümayəndəsi Ərəbistanın əl-Əhli komandasını məğlub edərək liqanın dörddə bir finalına adını yazdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2015 10:53 Asia/Baku
  • Tehranın Neft futbol klubu
    Tehranın Neft futbol klubu

İranın Asiya Çempionlar Liqasındakı nümayəndəsi Ərəbistanın əl-Əhli komandasını məğlub edərək liqanın dörddə bir finalına adını yazdırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Asiya Çempionlar Liqasının səkkizdə bir finalının son matçı Ərəbistanın əl-Əhli komandası ilə İranın Neft komandası arasında baş tutub. Ciddədə keçirilən oyunu koreyalı hakimlər briqadası idarə edib.
Bu görüş 2:1 hesabı ilə ev sahibinin xeyrinə başa çatsa da, ilk oyunda Tehranın Neft klubunun 1:0 qalib gəlməsinə görə, oyun 2:2 hesabı ilə başa çatıb. Beləliklə rəqibin meydanında qol vurduğuna görə Neft komandası növbəti mərhələyə vəsiqə qazanıb.