May 28, 2015 20:20 Asia/Baku
  • Zərif - Kotzias
    Zərif - Kotzias

İran İslam Respublikası xarici işlər naziri bildirib: İran neçə minillik tarixi keçmişi ilə nüvə məsələsində qorxmayacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Yunanıstan xarici işlər naziri Nikos Kotzias ilə Afinada keçirilən müştərək mətbuat konfransında İran və 5+1 Qrupunun nüvə müzakirələrinin son vəziyyəti barədə deyib: Əgər qarşı tərəflər Lozannada əldə olunan anlaşmaya hörmətlə yanaşarlarsa və özlərinin xüsusi məqsədlərini vurğulamazlarsa, şübhəsiz anlaşma əldə olunacaqdır.
İran xarici işlər naziri bildirib: İran öz mövqelərini şəffaf şəkildə elan edib və əgər anlaşma reallaşarsa, ona sadiq qalacaqdır.
"Hazırda qarşı tərəfin növbəsidir ki, qərar çıxarsın" deyən Zərif ümidvarlıq edib ki, məntiqi zaman çərçivəsində iki tərəf yekun nəticəni əldə edəcəklər.
İranın xarici diplomatiya idarəsinin başçısı qarşı tərəfin tamahkarlıqlarda israrlı olacağı halda işin çətinləşəcəyini bəyan edərək söyləyib: Anlaşmanı əldə etmək üçün müzakirə tərəfləri xülyaya uymalı deyil, reallığı görməlidirlər.
"İran hörmətsiz heç bir yolu qəbul edə bilməz" deyən Zərifin sözlərinə görə, İran yalnız iki tərəfin müsbət nəticələri əldə edə biləcəyi anlaşmaı qəbul edir. Belə ki, ya birlikdə qalib olmalı, ya da birlikdə məğlub olmalıdır.
Yunanıstan xarici işlər naziri Nikos Kotzias da mətbuat kofnransında İranı dünyanın ən böyük neft və qaz ehtiyatlarına malik ölkələrdən biri adlandırıb və deyib: Yunanıstanın enerjiyə çoxlu ehtiyacı vardır və İran Yunanıstanın enerji təminatı üçün etibarlı mənbə ola bilər.
Yunanıstan xarici işlər naziri əlavə edib: Yunanıstanın neft və qazın dəniz nəqliyyatı sektorunda da analoqu olmayan potensialı vardır. Avropaya enerji nəqlinin keçidi olduğuna görə, bu sahədə İranla əməkdaşlıq edə bilər.
İran və Yunanıstan xarici işlər nazirləri həmçinin mətbuat konfransından öncə görüşərək bütün iqtisadi və siyasi sahələrdə iki ölkənin əməkdaşlıqlarının vacibliyini vurğulayıblar.
Zərif bu görüşdə enerji sektoru, xüsusilə də neft və neft-kimya sahəsində İranın çeşidli potensialına toxunaraq əlavə edib: İran və Yunanıstanın iqtisadi münasibətləri siyasi münasibətlər səviyyəsinə çatmalıdır.
Yaxın Şərq regionundakı şərait və böhranın araşdırılması və bölgədə terrorizmin güclənməsi ilə mübarizə üçün ciddi iradənin sərgilənməsi İran və Yunanıstan xarici işlər nazirlərinin müzakirələrinin digər predmetlərini təşkil edib.

Teqlər