Ruhani: Hökumətin iş prinsipi tənqidə açıq olmaq və istedadlı insanlarla məsləhətləşməkdir
https://azeri.sahartv.ir/news/İran-i194336-ruhani_hökumətin_iş_prinsipi_tənqidə_açıq_olmaq_və_istedadlı_insanlarla_məsləhətləşməkdir
İran İslam Respublikası prezidenti hökumətin əsas iş prinsipini tənqidə açıq olmaq və istedadlı insanlarla məsləhətləşmək adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 30, 2015 09:40 Asia/Baku
  • Prezident Həsən Ruhani
    Prezident Həsən Ruhani

İran İslam Respublikası prezidenti hökumətin əsas iş prinsipini tənqidə açıq olmaq və istedadlı insanlarla məsləhətləşmək adlandırıb.

Beynəlxalq Səhər Kanalının məlumatına görə, Həsən Ruhani bu gün səhər Tehranda ölkənin icra başçıları və bələdiyyə sədrləri ilə görüşdə 11-ci hökuməti siyasi qruplaşmalardan kənar adlandırıb və deyib: hökumət qərarların qəbul olunmasında fərdi nəzərlərə əsaslanmır. İranın icra hakimiyyətinin başçısı həmçinin deyib: hökumət qərarların qəbul edilməsində bütün İran xalqını nəzərə aları və iqtisadi sabitlik, bazarda sakitlik və iqtisadi inkişafa doğru hərəkət hökumətin əsas iş proqramını təşkil edir.
İran İslam Respublikası prezidenti dünyanın böyük qüdrətləri ilə müzakirəni müharibə meydanında hərbi əməliyyatların həyata keçirilməsindən daha çətin və mürəkkəb adlandırıb və deyib: Nə üçün bəziləri müzakirələrin irəliyə doğru hərəkət etdiyini görüb, xalqın könlünün şad olmasını istəmirlər?
İran prezidenti əlavə edib: Nüvə məsələsi hansısa siyasi qrupun və ya partiyanın məsələsi yox, milli bir məsələdir və bu yolda məqsədə nail olmaq lazımdır.