İran ukraynalılara səhiyyə xidmətləri verir
İyun 01, 2015 15:39 Asia/Baku
İranın Qırmızı Aypara Cəmiyyətinin sədri İranın ukraynalı köməklik istəyənlərə səhiyyə xidmətləri verdiyini bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Şəhrvənd qəzeti yazıb ki, İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Seyid Əmir Möhsn Ziyayi Ukraynanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Krasno Şapka ilə görüşdə bildirib: İranın Qırmızı Aypara Cəmiyyəti beynəlxalq sahədə çoxlu fəaliyyətlər göstərir. Nümunəsi isə 21 ölkədə 30-dan çox müalicə mərkəzinin fəaliyyət göstərməsidir.İranın Qırmızı Aypara Cəmiyyətinin sədri əlavə edib: İranın Qırmızı Aypara Cəmiyyəti dünyanın 10 güclü cəmiyyətindən biridir və hər bir şəraitdə digər ölkələrə xidmətlər verməyə hazırdır, Ukraynaya da müxtəlif köməklər etmişdir.
Ukraynanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili də bu görüşdə iki ölkənin keçmişdən yüksək əməkdaşlıqlara malik olduğunu bildirərək deyib: Ukraynadakı son müharibənin yaralıları İranın Qırmızı Aypara Cəmiyyətinin müalicə xidmətlərindən faydalanmağa ehtiyaclıdırlar.