İyun 01, 2015 16:56 Asia/Baku
  • Əli Laricani
    Əli Laricani

İran İslam Şurası Məclisinin sədri deyib: Ötən bir neçə ildə böyük qüdrətlər terror qruplaşmaları vasitəsi ilə Suriya xalqı üçün çoxlu problemlər yaradıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Suriya parlamentinin sədri Məhəmməd Cihad əl-Lihamla Tehranda görüşərək danışıqlar apardıqdan sonra müştərək mətbuat konfransında deyib: Suriya xalqının təkfirçi terrorçular qarşısındakı müqaviməti ilə avantürist cərəyanın məqsədlərinin əksər hissəsi məhv oldu.
Laricani bildirib: Son vaxtlar da terrorizmi dəstəkləyən və regionda oyuna düşən bəzi ölkələrin köməyi ilə İraq və Suriyada terrorçulara əlavə köməklər edildi.
İran parlamentinin sədri əlavə edib: Suriya xalqı terrorizmlə mübarizədə qalibdir və İslam Respublikası Suriya xalqı və dövlətinin Müqəddəs Müdafiə dövründə İran xalqını dəstəkləməsini heç vat unutmayacaq.
İran parlamentinin sədri bildirib: Terrorizm problemi bir ölkə ilə məhdudlaşmır. Əksinə bütün insanlar üçün problemdir və terrorizmlə mübarizə istər Suriyada, istərsə də İraqda bəşəriyyətin gələcəyi üçün həmişə faydalı olacaq mübarizədir.
Laricani ümidvarlıq edib ki, Suriya hökuməti vəhşi avantürist cərəyanlarla mübarizədə uğur əldə edəcək.
Ötən gecə parlament heyətinin müşayiəti ilə Tehrana daxil olan Suriya parlamentinin sədri İran İslam Şurası Məclisinin sədri ilə görüşdən əlavə İranın bəzi yüksək səviyyəli rəsmiləri ilə də görüşərək danışıqlar aparacaq.

Teqlər