İyun 02, 2015 10:56 Asia/Baku
  • 11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransı
    11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransı

11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransı yekun bəyanatla Tehranda öz işinə yekun vurub.

Səhər Byenəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, 11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransının yekun bəyanatında bildirilir: Son dekadada siyasi dəyişikliklər, dini və milli hərəkatlar bir çox mütəfəkkirin bildirdiyinə əsasən islam mədəniyyəti, sivilizasiyası və mentalitetinə qayıdışdır və müsəlmanların özünə inamını bəyan edir.
Bu bəyanatda bildirilib: Şübhəsiz son illərdə əl-Qaidə və İŞİD kimi kiçik firqələrin zorakılıqları müsəlmanları acı vəziyyətlə üzləşdirməsəydi, iddia etmək olardı ki, müsəlmanlar sürətlə islam mədəniyyətinə qayıtmaqda və vahid islam ümmətini təşkil etməkdədirlər.
11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransının bəyanatında əlavə olunur: Şimali Afrikadan tutmuş, Uzaq Şərq və Hind yarımadasına qədər zorakılıq, qırğın, qan tökmək və təkfirçilikdən uzaq olan müsəlmanlar bu qənaətdədirlər ki, əgər xalq kütlələri Quran və din rəhbərlərinin sözlərini dinləyərlərsə, ona tərəf istiqamətlənirlər. Lakin təəssüflər olsun ki, təkfirçi qruplaşmaların törətdikləri hərəkətlər qeyri-müsəlmanların baxışında islamdan kobud və mənfi imic yaradıb. Bu isə şiə və sünni alimlər tərəfindən zehinlərdən silinməlidir.
11-ci Beynəlxalq Məhdəviyyət Doktrinası konfransı bazar ertəsi günü 80 ölkədən ziyalı və alimlərin iştirakı ilə Tehranda keçirilib.

Teqlər