Azəri jurnalistin İmam Xomeyni(r.ə)-in şəxsiyyəti haqda baxışı
https://azeri.sahartv.ir/news/İran-i194502-azəri_jurnalistin_İmam_xomeyni(r.ə)_in_şəxsiyyəti_haqda_baxışı
Azəri jurnalist deyib ki, bəşəriyyət tarixi İmam Xomeyni(r.ə)-in tarixi və cahanşümül şəxsiyyətini heç vaxt unutmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 15:02 Asia/Baku
  • Mir Mehdi Darafərin: Bəşəriyyət tarixi İmam Xomeyni(r.ə)-i şəxsiyyəti heç vaxt unutmayacaq
    Mir Mehdi Darafərin: Bəşəriyyət tarixi İmam Xomeyni(r.ə)-i şəxsiyyəti heç vaxt unutmayacaq

Azəri jurnalist deyib ki, bəşəriyyət tarixi İmam Xomeyni(r.ə)-in tarixi və cahanşümül şəxsiyyətini heç vaxt unutmayacaq.

Mir Mehdi Darafərin Səhər kanalı ilə müsahibədə əlavə edib: İmam Xomeyni(r.ə.) müasir dövrdə İran İslam İnqilabını səmərəyə çatdıraraq, öz adını dünyanın qızıl tarixi səhifəsində qeydə aldırdı.
O, vurğulayıb: İranlılar fəxr etməlidirlər ki, İmam Xomeyni(r.ə) kimi ziyalı və dünyagörüşlü bir rəhbər İrandan nur saçdı və İran İslam İnqilabının mahiyyətini dünya xalqlarına tanıtdırdı.
Azəri jurnalist İmam Xomeyni(r.ə)-in yüksək təfəkkürünün dünyada yayıldığını deyərək, vurğulayıb: Dünya müsəlmanları o həzrətin təfəkkürlərinin ardınca gedərək, göstərməlidirlər ki, heç vaxt əcnəbilərə müsəlmanların işlərinə qarışmaq icazəsi verməyəcəklər.
O, sonda vurğulayıb: İmam Xomeyni(r.ə) öz tarixi inqilabı ilə dünyanın zəif müsəlmanlarının ürəklərinə yol tapdı və beləliklə dünyada öz reytinqini artırdı.