İyun 04, 2015 15:35 Asia/Baku
  •  Həzrət Ayətullahuluzma Xamenei
    Həzrət Ayətullahuluzma Xamenei

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İmamın fikri məktəbində istibdad və zalım qüvvələrlə ziddiyyət birinci sözü deyir və bu, o məsələdir ki, İran xalqı da onu duyur və müsəlman və qeyri-müsəlman xalqlar da onu hiss edirlər.

İslam İnqilabının Böyük Rəhbəri bu gün İmam Xomeyni(r.ə)-in vəfatının 26-cı ildönümü mərasimində buyurublar: İmamda mövcud olan birinci mətləb əsl Məhəmməd İslamının isbatı və amerikan İslamın rədd olunmasıdır.
Həzrət Ayətullahuluzma Xamenei İmamın əsl Məhəmməd İslamını amerikan İslamın qarşısında qoyduğunu qeyd edərək, amerikan İslamın nə olması barədə deyiblər: Amerikan İslamın bizim zamanımızda, İmamın zamanında və bütün zamanlarda və bizim bildiyimiz kimi ola bilər gələcəkdə də bu cür olmuş olsun, təkcə iki qolu var, biri, sekular İslam, digəri də irticaçı İslam.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Buna görə, İmam sekular təfəkkürə malik olan, yəni dini, cəmiyyəti və insanların ictimai rəftarını İslamdan ayrı görmək istəyən kəsləri daim dinə qarşı irticaçı, yəni yanlış əsaslara söykənən təəssüblü və yeni fikirli insanlar üçün anlaşılmaz olan geridə qalmış baxışa malik olan kəslər sırasında qərar verirdi. İmam bunların hər ikisini daim bir-birinin kənarında qeyd edirdi.
Həzrət Ayətullahuluzma Xamenei buyurublar: Bu gün də yayınmış İŞİD, Əlqaidə və onlar kimi cərəyanlar Amerika və İsrail tərəfindən himayə olunurlar, həm də İslam adına, lakin əməl, fiqh və islami şəriətdən uzaq bəzi cərəyanlar Amerika tərəfindən himayə edilir.

Teqlər