Rusiya S-300-lə bağlı öz öhdəliklərini icra etməyə sadiqdir
https://azeri.sahartv.ir/news/İran-i194537-rusiya_s_300_lə_bağlı_öz_öhdəliklərini_icra_etməyə_sadiqdir
Bir diplomatik rəsmi bildirib: Rusiya xarici işlər naziri öz iranlı həmkarı ilə görüşdə Moskvanın S-300 zenit raket komplekslərinin İraha təhvil verilməsi üzrə öz öhdəliklərini yerinə yetirməyə sadiq olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2015 05:32 Asia/Baku
  • Rusiya S-300 sistemləri ilə bağlı öhdəliklərinə sadiqdir
    Rusiya S-300 sistemləri ilə bağlı öhdəliklərinə sadiqdir

Bir diplomatik rəsmi bildirib: Rusiya xarici işlər naziri öz iranlı həmkarı ilə görüşdə Moskvanın S-300 zenit raket komplekslərinin İraha təhvil verilməsi üzrə öz öhdəliklərini yerinə yetirməyə sadiq olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, məlumatlı rəsmi jurnalistlərə verdiyi açıqlamada yaxın gələcəkdə S-300 komplekslərinin İrana təhvil verilməsi haqda Məhəmməd Cavaz Zəriflə görüşü barədə Sergey Lavrova istinadla verilən açıqlamalar ilə əlaqədar deyib: İran və Rusiya xarici işlər nazirlərinin ikitərəfli görüşündə bu müdafiə sistemlərinin İrana təhvil verilməsi məsələsi araşdırılıb və Rusiya tərəfi bu barədə öz öhdəliklərini icra etməyə sadiq olduğunu bildirib.
Moskva 2010-cu ildə qərbin təzyiqi ilə S-300 zenit-raket komplekslərinin İrana təhvil verilməsini qadağan etdi. Lakin Rusiya prezidenti Vladimir Putin aprel ayında S-300 komplekslərinin İrana təhvil verilməsi qadağasını ləğv etdi.
Rusiyada hava müdafiə silahlarının istehsalçısı olan Almaz Anti şirkətinin icraiyyə müdiri Yan Novikov bildirib ki, bu şirkət S-300 raket komplekslərini İrana təhvil verməyə hazırdır.