Laricani: Qərb müsəlmanlar arasında ixtilaf yaratmaq ardıncadır
İyun 05, 2015 10:38 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: Qərb əvəzedici siyasi islamla müsəlmanlar arasında təfriqə yaratmağa cəhd göstərir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Tehranın cənub-şərqində yerləşən Vəramində 15 xordad (5 iyun) qiyamının ildönümü ilə əlaqədar keçirilən mərasimdə deyib: Sekulyar islam müsəlmanların bir-birindən ayrılmasını düşünür və bu əvəzedici siyasi islam şüarı dəyişərək islam ümməti arasında ixtilaf yaratmaq, müsəlmanların birliyini məhv etmək və onları zəiflətmək ardıncadır.Laricani əlavə edib: Hazırkı zaman kəsiyində Qərbə etimad etmək olmaz və yalnız iki aydın yol ölkəni qarşıdakı təhlükəli keçidlərdən xilas edir. Birincisi rəhbərliyə sədaqətli olmaq, ikincisi isə ölkənin quruculuğu istiqamətində həmrəylik və yekdillikdir.
İranın qanunvericilik qurumunun rəhbəri sözlərinin davamında İranın 5+1 Qrupu ilə nüvə müzakirələrinə toxunub və deyib: İslam quruluşunun bu sahədəki çərçivəsi tamamilə aydındır və İran xalqının çoxlu zəhmətlərlə nüvə nailiyyətlərini əldə etdiyinə və rəhbərliyin müqaviməti ilə bu nöqtəyə çatdığına görə, heç kim onu İran xalqından ala bilməz.