İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı beynəlxalq səviyyədə əks olunub
İyun 05, 2015 13:15 Asia/Baku
Beynəlxalq informasiya agentlikləri və digər medialar İslam İnqilabının Böyük Rəhbərinin Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü günü mərasimindəki bəyanatını geniş şəkildə əks etdiriblər.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin İran İslam İnqilabının memarı Həzrət İmam Xomeyninin (rə) vəfatının 26-cı ildönümü günü ilə əlaqədar keçirilən mərasimindəki bəyanatı ingilis və ərəb dillərindəki medialarda geniş əks olunub.Amerikanın Wall Street Journal qəzeti bir məqaləsində İslam İnqilabının Böyük Rəhbərinin zalım qüdrətlər, xüsusilə də Amerikaya etimad olunmaması və yekun nüvə anlaşmasının əldə olunması üçün təyin olunmuş zamanla əlaqələndirməsi barədəki sözlərinə diqqət çəkərə yazıb: İranın Ali Baş Komandanı cümə axşamı günü İmam Xomeyninin (rə) vəfatının 26-cı ildönümü ilə əlaqədar təşkil olunan mərasimdə etdiyi çıxışında bildiriblər ki, Amerika və digər zalım qüdrətlər etimad ediləsi deyillər.
Amerika qəzetinin yazdığına görə, Ayətullah Xamenei öz sözlərində vurğulayıblar ki, İmam Xomeyninin buyruqları və bələdçilikləri dünyanın digər ölkələri ilə əlaqələrin kəsilməsi mənasında olmamışdır.
Wall Street Journal sonda yazıb: İslam İnqilabının Böyük Rəhbərinin sözləri yekun nüvə anlaşmasının əldə olunması üçün 30 iyuna qədər zamanın təyin olunduğuna görə, ciddi şəkildə diqqət mərkəzində durmuşdur.
Amerikanın CBS News telekanalının müxbiri Kristina Pamer də Tehrandan hazırladığı reportajda bildirib: Nüvə danışıqlarını dəstəklədiyini bildirən, əlbəttə davamlı şəkildə müzakirələrdə olan Amerika və qərb ölkələrinin sədaqətinə şübhə ilə yanaşan İanın lideri Ayətullah Xamenei cümə axşamı günündə də İmam Xomeyninin vəfatının ildönümü ilə əlaqədar mərasimdə etdiyi çıxışında Qərb tərəfinə şübhə və bədgümanlığı yenidən bəyan etdi.
Fransa İnformasiya Agentliyi də bununla əlaqədar reportajında bildirib: İran İslam Respublikasının banisi İmam Xomeyninin (rə) vəfatının 26-cı ildönümü ilə əlaqədar keçirilən mərasimdə Ayətullah Xamenei İranla nüvə müzakirələri aparan dünyanın bir neçə qüdrətindən biri olan Amerika ilə istənilən əlaqənin qurulması barədə xəbərdarlıq etdi.
Bu agentlik İslam İnqilabının Böyük Rəhbərinin Amerikanın "böyük şeytan" adlandırılmasına dair İmam Xomeyninin rolunu alqışladığını diqqət mərkəzində saxlayaraq yazıb: İranın İnqilab Rəhbəri etdiyi çıxışında İranla nüvə müzakirələri aparan beynəlxalq qüdrətlərin sədaqətinə şübhə ilə yanaşdığını bildirdi.
Çinin rəsmi informasiya agentliyi Sin-Xoa da Tehrandan hazırladığı reportajda yazıb: İran İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xamenei Ərəbistanın başçılıq etdiyi koalisiyanın Yəmənə hücumlarına qarşı çıxdığını bildirdi.
Livanın əl-Minar telekanalı da bildirib: İranın Ali Məqamlı Rəhbəri etdiyi çıxışında düşmənlərin məkrli planları barədə xəbərdarlıq etdilər.
Əl-Minar yazıb: Ayətullah Xamenei etdiyi çıxışında İran xalqının İmam Xomeyninin prinsipləri və əsaslarına sadiq qaldığını vurğulayaraq bildirdilər ki, bu prinsiplərdən biri budur ki, Amerika hələ də "böyük şeytan" hesab olunur.
Əl-Minar sonda bildirib: İslam İnqilabının Böyük Rəhbəri bəzi təkfirçi qruplaşmaların İraq, Suriya və Lİvanda şiə və sünnilərə qarşı təfriqə siyasətləri barədə xəbərdarlıq edib və müsəlmanların onların tələsinə düşməməyi istəyiblər.
Livanın əl-Əhd xəbər portalı da İnqilab Rəhbərinin çıxışı barədə məqalədə bildirib: Ayətullah Xamenei bildirdi ki, İŞİD kimi terror qruplaşmasının islamla heç bir əlaqəsi yoxdur və ABŞ və İsrail rejimi tərəfindən dəstəklənir.
Bu portalın bildirdiyinə görə, İran İslam İnqilabının Böyük Rəhbəri bildiriblər: Biz xüsusi məsələlər barədə zalımların vədlərinə etimad edə bilmərik və yalnız Allaha etimad edirik.
Londonda çıxan ərəb dilli əl-Həyat qəzeti də öz məlumatında yazır: İranın lideri bu gün beynəlxalq imperializmlə, xüsusilə də Amerika ilə mübarizə üçün daxili və beynəlxalq vəhdəti vurğulayıblar.
Əl-Həyatın məlumatına görə, Ayətullah Xamenei şiə və sünni arasında ixtilaf yaratmaq üzrə hazırkı məkrli planlara toxunub və Amerikanı islam ölkələrində ixtilaf yaratdığına görə tənqid atəşinə tutub.
Livanın əl-Məyadin telekanalı da Ayətullah Xameneinin Fələstinlə əlaqədar sözlərini əks etdirərək ona istinadən bildirib: Fələstin amalı heç vaxt bizim əsas məsələlərimizdən kənarda qalmayacaq. Yəmənin bombardman olunması ilə müxalif olduğumuz kimi, Qəzzənin də mühasirəsi ilə müxalifik. İmam Xomeyni də Amerika ilə müxalif, Fələstin və Fələstin amalının hamisi idi. O həzrət bu qənaətdə idi ki, Amerika böyük şeytandır. Düşmən istəyir ki, əvvəlki vəziyyətə və İrana nəzarət qayıtsın. İran xalqı isə onların qarşısında möhkəm sədd olacaqdır.
Əl-Qüds əl-Ərəbi qəzeti də Ayətullah Xameneinin Milli Vəhdətlə əlaqədar sözlərini diqqət mərkəzində saxlayıb və ona istinadən bildirib: İmam Xomeyninin bariz xüsusiyyətlərindən biri imperialist qüdrətlərə etimad etməmək idi. İran barədə və onun barəsində bu gün elan olunan buna əsaslanır ki, vədlərə etimad etmək olmaz.
Əl-Qüds əl-Ərəbinin yazdığına görə, İnqilab Rəhbəri həmçinin dini təfriqələrin salınması ilə bağlı mərkli planlara toxunaraq Amerikanın bu barədəki hərəkətlərini tənqid atəşinə tutub.