İyun 07, 2015 10:45 Asia/Baku
  • BMT nümayəndəsi İranın terrorizmlə mübarizəsini alqışlayıb
    BMT nümayəndəsi İranın terrorizmlə mübarizəsini alqışlayıb

BMT baş katibinin İraq məsələləri üzrə nümayəndəsi Yan Kubiş İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahianla görüşdə, iki tərəf region və İraqın vəziyyətini, eləcə də terrorizm, əsasən İŞİD terror qruplaşması ilə mübarizədə müştərək əməkdaşlıqlar prosesini araşdırıblar.

Səhər Beynəlxalq Televiziyasının Gənc Reportyorlar Klubuna istinadla verdiyi məlumata görə, Əmir Abdullahian təkfirçi terrorizmə qarşı xalq və səfərbərlik qurumlarının yaradılmasında İraqın dini mərcəiyyətinin fitvasının əhəmiyyətinə toxunaraq bütün iraqlıların konstitusiya, ərazi bütövlüyü və təhlükəsizliyin yaradılması və terrorizmlə mübarizə istiqamətində bu ölkə hökumətinə kömək etmələrinin zəruriliyini vurğulayıb.
İran xarici işlər nazirinin müavini əl-Anbar vilayətində koalisiya qüvvələrinin olmasına baxmayaraq Ər-Rəmadinin süqutunu təəccüblü adlandırıb və deyib: Bu hadisə göstərir ki, İraqın hazırkı böhranı arxada qoyması yalnız milli vəhdətlə, tayfa çəkişmələrindən uzaq qalmaqla, milli potensiallara arxalanmaqla və region ölkələri və BMT-nin köməyi ilə mümkündür.
Bu görüşdə BMT baş katibinin İraq məsələləri üzrə nümayəndəsi də İran İslam Respublikasının terrorizmlə mübarizə, təhlükəsizlik və stabilliyin yaradılması, eləcə də Suriya və İraqın ərazi bütövlüyün qorunması üzrə humanist addımlarını əhəmiyyətli adlandırıb.
İraqın ictimai quruluşuna toxunan Yan Kubiş mərcəiyyətin rolunu önəmli qiymətləndirib və mövcud şəraiti arxada qoymaq və problemləri aradan qaldırmaq üçün İraq xalqının dəstəklənməsinin yeganə yolunu heç bir qərəzlilik olmadan region ölkələrinin humanist iştirakı adlandırıb.

Teqlər