Ruhani: İran çirkli pulların yuyulması ilə mübarizədə ciddidir
https://azeri.sahartv.ir/news/İran-i194613-ruhani_İran_çirkli_pulların_yuyulması_ilə_mübarizədə_ciddidir
İran prezidenti deyib ki, İran çirkli pulların yuyulması ilə mübarizədə ciddidir və İslam Respublikası dövləti bütün imkanlar və qanuni mexanizmlərlə bu fenomenlə təsirli mübarizəyə səy göstərir və göstərəcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2015 05:37 Asia/Baku
  • Ruhani: İran çirkli pulların yuyulması ilə mübarizədə ciddidir
    Ruhani: İran çirkli pulların yuyulması ilə mübarizədə ciddidir

İran prezidenti deyib ki, İran çirkli pulların yuyulması ilə mübarizədə ciddidir və İslam Respublikası dövləti bütün imkanlar və qanuni mexanizmlərlə bu fenomenlə təsirli mübarizəyə səy göstərir və göstərəcəkdir.

Səhər kanalının məlumatına görə, Həsən Ruhani dünən axşam nazirlər kabinetinin iclasında narkotik maddə ticarəti, qaçaqçılıq və korrupsiyadan əldə olunan çirkli pulun milli iqtisadiyyatı dağıtdığını deyib və dövlətin qanunlar və alış-verişlərin şəffaflaşdırılması barədəki siyasəti sayəsində çirkli pulların yuyulmasının inkişaf sahələrinin aradan götürüləcəyinə ümidvarlıq edib.
Ruhani əlavə edib: Təəssüflə, İran haqda bank sanksiyaları qeyri-rəsmi ticarət sahəsini gücləndirir ki, bəzi hallarda çirkli pulların yuyulmasının əsaslandırılmasında işlədilibdir.
Ruhani qeyd edib ki, bank sistemi rəsmi və qanuni fəaliyyətlər üçün tam təhlükəsizliyi bərqərar etməli və qanunsuz fəaliyyətlər üçün son dərəcə təhlükəli olmalıdır, belə ki, heç kəs bank sistemindən çirkli pulların yuyulması üçün sui-istifadə edə bilməsin.