İran-5+1 müzakirələrinin 7-ci dövrünün ilk iclası başa çatıb
İyun 10, 2015 21:45 Asia/Baku
Bu gün günorta çağı Vyanada başlanmış və müavinlər və ekspetlər səviyyəsində keçirilən İran-5+1 müzakirələrinin 7-ci dövrünün ilk iclası bir saatdan sonra başa çatıb.
Müavinlərin müzakirələrindən sonra iki tərəfin ekspert qrupları da iclas keçiriblər. Müzakirələrin öncəki dövründən Vyanada olan İran və Altılıq ekspert qrupları dünən sanksiyaların aradan qaldırılması barədə dörd saat müzakirə ediblər.Sanksiyaların dayandırılması və ləğvinin zaman cədvəli və İranın öhdəliklərinin icra tərzi müzakirələrdə bəhs olunan mehvərlərdəndir.
İran-5+1 müzakirələrinin 7-ci dövrü cüməyədək davam edəcək.
Müzakirələrin başa çatması üzrə möhlət iyulun birində başa çatır. Bununla belə, İran deyibdir ki, yaxşı razılaşma ardıncadır və zamanla məhdudlaşmır.