İyun 11, 2015 08:22 Asia/Baku
  • Nüvə müzakirələri davam edir
    Nüvə müzakirələri davam edir

İran və 5+1 Qrupu arasında nüvə müzakirələrinin yeni turu Avstriya paytaxtı Vyanada keçirilib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və Altılıq qrupununun nüvə müzakirələrindəki nümayəndəsi olan Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtlə məsləhətləşmələrinin 2-ci turu çərşənbə günü günortadan sonra Vyananın Koburq otelində keçirilib.
İran və 5+1 Qrupunun ekspert iclasları da müavinlərin iclası ilə eyni zamanda keçirilib.
Lozanna bəyanatından sonra Yekun Müştərək Təşəbbüs proqramının mətninin tənzimlənməsi məqsədilə danışıqların 7-ci turu İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini Helqa Şmidtin iştirakı ilə Vyananın Koburq otelində başlayıb.
Seyid Abbas İraqçının başçılıq etdiyi İranın nüvə komandası çərşənbə günü səhər Vyanaya daxil olub.
Avropa Birliyi də bir bəyanatda bildirib ki, 5+1 Qrupunun siyasi direktorları həftənin sonunda Vyanada keçirilən nüvə müzakirələrinə qatılacaqlar.
İran və 5+1 Qrupunun texniki ekspertləri də yekun anlaşmanın texniki əlavələri üzərində işləyirlər.
İran və 5+1 Qrupunun nüvə müzakirələrinin 7-ci turu cümə gününə qədər davam edəcək.

Teqlər