İran Şeyx Əli Salmanın azadlığını istəyib
İyun 16, 2015 21:49 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhreynin Milli Birlik İslam Cəmiyyətinin baş katibinə həbs qərarının verilməsi ardınca onun yenidən azad olunmasını istəyib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mərziyyə Əfxəm deyib: Ciddi şəkildə gözlənilir ki, Bəhreyndə tam dinc şəkildə öz tələblərini irəli sürən qruplarla ədalətli, məntiqli və münasib rəftar olunsun.İran XİN sözçüsü əlavə edib: Təhlükəsizlik strategiyası Bəhreyn məsələlərinin həlllinə kömək etmir və danışıqlar və şəxsiyyətlər və mötədil qrupların müraciətinə diqqət yetirmək mütləq şəkildə Bəhreyn məsələlərinin həllinə kömək edir və təhlükəsizlik və dincliyə zəmanət verir.
Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salman 2014-cü ilin dekabr ayında Ali-Xəlifə qüvvələri tərəfindən həbs olunub və o zamandan həbsdədir. Bəhreyn məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.
Bəhreyn 2011-ci il 14 fevraldan azadlığın əldə olunması, ədalətin bərqərar edilməsi, ayrı-seçkiliyin aradan qaldırılması və ölkədə seçilmiş quruluşun iqtidara gəlməsi məqsədilə Ali-Xəlifə rejiminə qarşı xalq inqilabının səhnəsinə çevrilib.