İyun 18, 2015 10:58 Asia/Baku
  • Laricani: İrlandiya İranın nüvə məsələsindəki mövqeyini dəstəkləyir
    Laricani: İrlandiya İranın nüvə məsələsindəki mövqeyini dəstəkləyir

İran İslam Şurası Məclisinin sədri deyib ki, irlandiyalı rəsmilər nüvə məsələsində İranın mövqeyini dəstəkləyiblər.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün səhər Tehranda Mehrabad hava limanında müxbirlərlə müsahibədə əlavə edib: İrlandiyalı rəsmilər İran ilə altılıq arasındakı nüvə müzakirələrinin nəticə verməsinə son dərəcə maraqlıdırlar ki, İranla daha geniş iqtisadi əməkdaşlığı təcrübə etmiş olsunlar.
Laricani irlandiyalı rəsmilərlə nüvə məsələsi barədəki müzakirələrinə toxunaraq, deyib: Bu danışıqlarda İranın müzakirələrə baxışı və mövqeyi izah edildi və İrlandiyanın İran və nüvə məsələsi qarşısındakı mövqeyi də olduqca şəffaf şəkildə açıqlandı.
İranın qanunvericilik hakimiyyətinin sədri region məsələləri haqda danışıqları irlandiyalı rəsmilərlə müzakirələrin bir hissəsi adlandırıb və deyib ki, terrorizm bütün ölkələrin zehnini məşğul edən məsələlərdəndir və bəzi terrorçuların da Avropadan Yaxın Şərq regionuna gəlmələrinə görə, bu məsələ həmin ölkələri nigaran edibdir.
İran İslam Şurası Məclisinin sədri deyib: Bəzri Avropa ölkələrinin nigarançılıqları onların İranla əməkdaşlığa maraq göstərmələrinə səbəb olub.
Laricani söyləyib: İrlandiya rəsmiləri etiraf ediblər ki, İran regionda davamlı təhlükəsizliyiə malik, təsirli və ən mühüm ölkədir və İranla yaxından əməkdaşlıq etməlidirlər ki, təhlükəsizliyi digər ölkələrə müjdə versinlər.
İran İslam Şurası Məclisinin sədri Dublinə üçgünlük səfərdə İrlandiyanın senatı və milli məclisinin sədrləri, baş naziri və xarici işlər naziri ilə görüşərək, onlarla ikitərəfli, regional və beynəlxalq məsələr ətrafında fikir mübadiləsi aparıbdır.

Teqlər