İyun 21, 2015 09:10 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

Məhəmməd Cavad Zərif yekun nüvə anlaşmasının əldə olunması üçün təyin olunmuş möhlətin başa çatmasına 2 həftədən az bir zamanın qaldığı şəraitdə, müzakirələrin təyin olunmuş möhlətin başa çatmasından sonra da davam etdirilməsi ehtimalından xəbər verib.

İRİB-nin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xarici işlər naziri Məhəmməd Cavad Zərif müzakirələrin vaxtının uzadılması ehtimalı barədə deyib: Biz, yaxşı bir anlaşmanın əldə olunmalı olduğuna inanırıq. Yəni, zaman baxımından da hansısa məhdudiyyət hiss etmirik. Amerikalılar, Konqresin qərarına əsasən zaman məhdudiyyətinə malik olsalar da, bizim belə bir problemimiz yoxdur.
İran xarici işlər naziri əlavə edib: Əgər məqbul bir anlaşma əldə olunarsa, hər şey düzələcək. Əks halda danışıqları davam etdirmək olar. Əlbəttə, mən düşünmürəm ki, danışıqların zamanı uzadılsın. Amma, ola bilsin ki, anlaşmaya nail olmaq üçün bir qədər zaman istəyək.
Zərif qarşı tərəfin tamahkarlıqları barədə də deyib: Biz haqqımız olandan başqa bir şey istəmirik. Amma, qarşı tərəf tamahkarlıq edir və bu, elə həmişə belə olub. Və indi də öz tamahkarlığından əl çəkmək istəmir. Lakin, biz bu tamahkarlıqlar qarşısında dayanacağımızı sübut etmişik. Elə ilk gündən biz bu tamahkarlıqlar qarşısında dayanmışıq və indi də dayanmaqdayıq. Birinci gündə təyin edilən çərçivə bu gün də dəyişilməz olaraq qalmaqdadır.

Teqlər