İran hökumətinin nüvə nailiyyətlərini qorumasını vacib edən layihənin kamil mətni
İyun 21, 2015 16:51 Asia/Baku
İran hökumətinin nüvə nailiyyətlərini qorumasını vacib edən layihənin kamil mətni İran İslam Şurası Məclisində qiraət olunub.
Beynəlxalq Səhər Kanalının məlumatına görə, İran İslam Şurası Məclisinin üzvləri bu gün məclisin plenar iclasında hökumətin nüvə nailiyyətlərini qorumasını zəruri edən qanun layihəsinin mətnini araşdırdıqdan sonra, səs çoxluğu ilə qəbul ediblər. Bu qanun layihəsi 1 vahid maddəyə, 3 bəndə və 2 əlavəyə malikdir. İran İslam Şurası Məclisinin sədri Əli Laricani tərəfindən qiraət olunan qanun layihəsinin kamil mətni belədir:"Hökumətin nüvə nailiyyətlərinin qorumasını vacib edən qanun layihəsi. Vahid maddə - milli maraqların qorunması və nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna riaəyətin edilməsi ilə, 5+1 qrupu ilə nüvə müzakirələrinin nəticəsi yalnız o zaman icra edilə bilər ki, aşağıdakı qaydalara tam şəffaflıqla riayət edilmiş olsun: 1 - Sanksiyaların bütövlükdə və kamil formada ləğv edilməsi məsələsi yekun anlaşma sənədində qeyd olunmalı və İranın öz öhdəliklərinə əməl etdiyi gün həyata keçirilməlidir. 2 - Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə fəaliyyətlərinə nəzarət anlaşmasına əsasən İranın nüvə mərkəzlərində qəbul olunmuş qaydalar çərçivəsində təftişlər aparmaq icazəsinə malikdir. Amma, hərbi, təhlükəsizlik və strateji əhəmiyyətli qeyri-nüvə mərkəzlərinə baxışın keçirilməsi qadağandır. 3 - Nüvə elmi və texnologiyası sahəsində dinc məqsədlər üçün olan elmin əldə edilməsi və ya araşdırmaların aparılması üzrə hansısa məhdudiyyət qəbuledilməzdir və Milli Təhlükəsizlik Ali Şurasının qərarları icra edilməlidir. Birinci əlavə - İran konstitusiyasının 77-ci və 125-ci maddələrini əsas tutaraq, müzakirələrin nəticələri araşdırılması üçün İslam Şurası Məclisinə təqdim edilməlidir. İkinci əlavə - Xarici işlər naziri anlaşmanın icra prosesi ilə bağlı hər 6 aydan bir İslam Şurası Məclisinə hesabat təqdim etməlidir. İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası hər 6 aydan bir anlaşmanın icrası ilə bağlı İslam Şurası MƏclisi üzvlərinə hesabat təqdim etməlidir.