İraqçı: Anlaşma sənədinin hazırlanması prosesi davam edir
İyun 22, 2015 17:08 Asia/Baku
İranın baş nüvə müzakirəçisi deyib: İran ilə 5+1 qrupu arasında yekun nüvə anlaşması sənədinin hazırlanması prosesi davam edir.
İran xarici işlər nazirinin müavini və İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı dünən Vyananı Lüksemburq istiqamətində tərk etməzdən öncə 5+1 qrupu ölkələrinin nümayəndələri 5 gün davam edən sıx müzakirələrin nəticəsi barədə jurnalistlərə deyib: anlaşma sənədinin mətni çox mürəkkəbdir və istər texniki, istərsə də hüquqi və hər şeydən önəmlisi siyasi baxımdan müxtəlif cəhətlərə malikdir.İRİB müxbiri ilə müsahibədə bu məqama toxunan İraqçı əlavə edib: Yekun sənədin mətni ilə bağlı mövcud olan ixtilaflar bir qədər azalıb. Amma, irəliləyiş gözlənildiyi qədər də çox deyil.
İranın baş nüvə müzakirəçisi əlavə edib: Təyin olunmuş möhlətin sonun yaxınlaşdığımızı nəzərə alaraq, əgər müzakirələri bir neçə gün üçün uzatmaq lazım gələrsə, bunu edəcəyik. Çünki, İran üçün mühüm olan İran xalqı üçün münasib və məqbul bir anlaşmaya nail olmaqdır. Bu anlaşmada İranın nüvu hüququ tanınmalıdır.
İranın xarici işlər nazirinin müavini həmçinin, cari həftənin sonlarında ABŞ dövlət katibi Con Kerrinin Vyanaya səfər etməsi ehtimalından xəbər verib və deyib: 5+1 qrupuna üzv digər ölkələrin xarici işlər nazirlərinin də müzakirələrə qoşulacaqları gözlənilir.