Zərif: Müzakirə tərəfləri tamahkarlıqdan çəkinməlidirlər
İyun 22, 2015 18:33 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri deyib: bütün müzakirə tərəfləri tamahkarlıqdan və beynəlxalq qaydalardan kənar iddialardan çəkinməlidirlər ki, anlaşmaya nail olmaq mümkün olsun.
İRİB-nin məlumatına görə, Məhəmməd Cavad Zərif bazar ertəsi günü Lüksemburqa daxil olduqdan sonra yekun nüvə anlaşması sənədinin hazırlanması barədə İranın müzakirə heyətinin səylərinə işarə edərək, deyib: İxtilaflar hələ də öz qüvvəsində qalmaqdadır. Bu ixtilafların bəzisi texniki, bəzisi hüquqi, bəzisi də siyasidir. İranın xarici işlər naziri Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini habelə, İngiltərə, Almaniya və Fransa xarici işlər nazirləri, Filip Hamund, Frank Valterştaynmayer və Loran Fabius ilə görüşüb, danışıqlar aparmaq üçün Lüksemburqa səfər edib.