İran və İraq arasında iqtisadi əlaqələrin inkişaf yolları araşdırılıb
İyun 24, 2015 15:07 Asia/Baku
-
İran və İraq arasında iqtisadi əlaqələrin inkişaf yolları araşdırılıb
İranın İraqda səfərdə olan biznes, marketinq və investisiya heyəti əməkdaşlıq yollarını araşdırıblar.
İRNA-nın məlumatına görə, İranın Ticarətin İnkişafı Təşkilatı bidirib ki, İranın biznes, marketinq və investisiya heyətini ərzaq məhsulları və tikinti materialları üzrə iki qrup halında İraqa göndərib və əməkdaşlıq yollarını araşdırıb.İranın Ticarətin İnkişafı Təşkilatı bu səfərin ardınca ixtisaslaşdırılmış bir işçi qrupu yaratmaq niyyətində olduğunu da bildirib.
Bu səfər ilə bir vaxtda Bağdadda " İran və İraq; sərmayə qoyuluşu fürsətləri" seminarı keçirilib. Bu seminarda polad istehsalı və digər sənaye sahələri ilə bağlı investisiya imkanları araşdırılıb.
İran İslam Respublikasının İraqa illik qeyri-neft məhsulları üzrə ixracat dəyəri 6 milyard dollardır. İran və İraq arasında illik ümumi ticarət dövriyyəsi isə 13 milyard dollardır.
Teqlər