İran heç vaxt atom silahı istehsal etmək ardınca olmayıb
İyun 30, 2015 18:17 Asia/Baku
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin deyib: İran heç vaxt atom silahı istehsal etmək ardınca olmayıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Möhsün Pakayin Trend İnformasiya Agentliyinə verdiyi eksklüziv müsahibədə İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin atom silahından istifadə etməyin haram olması barəsindəki açıq-aşkar fitvasına toxunaraq deyib: İranı atom silahlarından uzaqlaşdıran əxlaqi və dini inanaclar və məntiqi-strateji hesablamalardır.Onun sözlərinə görə, ABŞ-ın 16 təhlükəsizlik orqanının 2007 və 2012-ci ildə yaydığı məruzədə açıq şəkildə İranın nüvə fəaliyyətində hərbi aspektlərin olmadığı qeyd olunmuşdur.
M.Pakayin əlavə edib ki, nüvə sazişinin əleyhinə olan əsas İsrail rejimidir: "Halbuki özünün 200 nüvə silahı var və Beynəlxalaq Atom Enerjisi Agentliyinin Nüvə Silahının Yayılmamasına dair Sazişin (NPT) üzvü deyil".
Pakayinin sözlərinə görə, İranda nüvə elmi yerliləşib və yüzlərlə iranlı nüvə alimi İran xalqının ehtiyaclarını təmin etmək üçün nüvə enerjisindən sülhməramlı istifadə və elmi potensialın inkişafı ardıncadır.