Amano sabah Tehrandadır
İyul 01, 2015 17:48 Asia/Baku
MAQATE rəsmi bir bəyanatda agentliyin baş direktoru Yukiya Amanonun Tehrana rəsmi səfərini təsdiqləyib.
Agentliyin mətbuat xidmətinin təmsilçisi Vyanada IRIB müxbiri ilə müsahibədə deyib: Amano Tehrana səfər edəcək ki, cümə axşamı günü İranın prezidenti və sair yüksək vəzifəli rəsmiləri ilə görüşsün.İranın özünün hərbi mərkəzlərindən təftişi və nüvə alimlərindən müsahibəni qəbul etməməsindən sonra agentlik İranın həll yolu təklif etməsini istədi və bu səfərdə İran özünün keçmiş nüvə fəaliyyətləri barədə agentliyin irəli sürdüyü suallara cavab verəcək.
İran bildirir ki, 2013-cü ilin oktyabr-noyabr aylarında Tehranda imzalanmış həmkarlıq sənədi İranın nüvə proqramında ehtimal olunan hərbi cəhətlər məsələsinin həlli üçün yaxşı əsasdır.