İranın neft ixracatı artır
İyul 07, 2015 09:20 Asia/Baku
-
İranın neft ixracatı artır
İran neft nazirinin müavini İranın neft ixracatının ikiqat artmasından xəbər verib.
İran neft nazirinin proqramlaşdırma və hidrokarbon mənbələrə nəzarət üzrə müavini Mənsur Moəzzəmi "İran" qəzeti ilə müsahibədə İranın neft ixracatının ikiqat artmasından xəbər verib. O, deyib ki, İranın orta neft ixracatı gündə təqribən bir milyon iki yüz min barreldir.İran neft nazirinin müavini bildirib ki, sanksiyalara görə, neft ixracatında məhdudiyyətlə üzləşirik. O, qeyd edib ki, İranın neft ixracatı sanksiyaların ləğvindən sonra ikiqat artacaq.
İran neft nazirinin müavini xatırladıb ki, sanksiyaların ləğv olunacağı təqdirdə, istehsal həcmi gündə üç milyon 800 min barrelədək artırılacaq. O, bu rəqəmin sonralar 4 milyon 700 min barrelə çatacağını qeyd edib.
Moəzzəmi gündəlik qaz hasilatının da 200 milyon kubmetrədək artacağını bildirib.