Vyanada nüvə müzakirələri davam edir
İyul 09, 2015 18:30 Asia/Baku
İranın xarici işlər naziri və ABŞ-ın dövlət katibi altılıq qrupunun xarici işlər nazirlərinin daxili iclasından sonra bir-biri ilə görüşüblər.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və ABŞ-ın dövlət katibi Con Kerri bugünkü görüşdə ixtilafların azaldılması və əhatəli nüvə razılaşmasına nailolma barədə danışıblar.Bu görüşdən bir neçə saat öncə İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və Amerikanın energetika naziri Ernest Moniz texniki sahədə ixtilafın həlli üçün müzakirəyə başlayıblar ki, qısa fasilədən sonra yenə də davam edir.
Əli Əkbər Salehinin sözlərinə görə, bu gün texniki bəhslər başa çatır.
Amerikanın energetika naziri Ernest Moniz də deyib: Əgər eləyə bilsək, yekun məsələləri həll etmək istəyirik.
Çərşənbəgünkü müzakirələri gecə yarısınadək davam etmiş İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançı və Avropa Birliyinin xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidt bu gün səhər danışıqları davam etdiriblər.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi Rza Nəcəfi də İran xarici işlər nazirinin müavinləri və Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru müavininin danışıqlarında iştirak edir.
Seyid Abbas İraqçı bu gün Vyanada müxbirlərə deyib: Bütün İran xalqının diqqət yetirməsi yaxşı olan cəhət budur ki, Vyanada gümanetmələr, şayiəyaratmalar, zənn və ehtimal bazarı olduqca genişdir.
İraqçı əlavə edib: İş öz düzgün yolunda nəticəyə çatacağı zaman elan olunacaq.
Bu müzakirələr elə bir halda davam edir ki, bu gün nüvə müzakirələrinin uzadılması üzrə təyin olunmuş möhlətin ikinci günü də başa çatır.
Bu məlumata görə, ABŞ-ın dövlət katibi və Almaniyanın xarici işlər naziri dünən Vyananın Koburq otelində görüşüblər və bu gün səhər də ABŞ-ın dövlət katibi Con Kerri Fransanın xarici işlər naziri Loran Fabius ilə görüşüb.
Üç Avropa ölkəsi- Almaniya, İngiltərə və Fransanın xarici işlər nazirləri çərşənbə günü gecə Vyanaya geri dönüblər.