İranda Qədr gecəsinin ayinləri keçirilib
İyul 10, 2015 09:09 Asia/Baku
3-cü Qədr gecəsinin xüsusi ayinləri İslami İranın hər bir yerində, xüsusilə də Məşhəd və Qum şəhərlərində keçirilib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu mərasimdə müsəlmanlar xalis qəlblə Allah-taala dərgahndan dünya məzlumlarının əlini tutulması, xəstəliyin aradan qaldırılması, müsəlmanların səadəti və İmam Zamanın (əc) zühurunun tezləşdirilməsini istəyiblər.Rəvayətlərdə Quranın nazil olmasının vurğulandığı Ramazan ayının 23-cü gecəsində "ilahi əfv et" sədası hər yeri bürüyüb.
3-cü Qədr gecəsində həmçinin günahların bağışlanması Allah-taala dərgahından istənilib.
Məşhəddə İmam Rzanın (ə) və Qumda Həzrət Məsumənin (s.ə) ziyarətgahlarında əhya saxlayanlara səhərə qədər ibadətlə məşğul olub və öz münacatları ilə bu müqəddəs məkanın ətirli mənəviyyatını artırıblar.