Rzayi: ABŞ-ın İranla anlaşmadan başqa çarəsi yoxdur
İyul 12, 2015 09:54 Asia/Baku
İranın Məsləhət Şurasının katibi deyib: ABŞ-ın İranla anlaşmadan başqa çarəsi yoxdur.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası Məsləhət Şurasının katibi Möhsün Rzayi İranın 2-ci telekaanlının xüsusi dialoq proqramında əlavə edib: Amerikalılar İrana hərbi hücum etmək iqtidarında deyillər və sanksiyaları gücləndirə bilməzlər. Elə buna görə, onlar müzakirələrə girməli və anlaşma etməlidirlər.Amerikalıların məsələni nüvədən İranın raket məsələsinə gətirdiyini və yayınma kanalı planını izləmlək ardınca olduqlarını bildirən Rzayi əlavə edib: Amerikalıların səhvi budur ki, şübhəli əlamətləri müzakirə masasına gətirirlər.
Rzayi həmçinin İranın nüvə müzakirə komandasının yetərli məharətə malik olduğunu və indiyə qədər İslam Respublikasının mövqeyini şücaətlə müdafiə etdiyini bildirərək deyib: Amerikalılar artıq sanksiyaların gücləndirilməsinin faydası və müzakirələrdə xoşüzlülükdən başqa yolun olmadığını bilsinlər.