Brucerdi: Müzakirə komandasının sayıqlığı qırmızı xətləri qorudu
İyul 14, 2015 17:57 Asia/Baku
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: İslam İnqilabının Böyük Rəhbərinin bələdçilikləri sayəsində İranın nüvə müzakirə komandasının sayıqlığı quruluşun qırmızı xətlərini qorudu.
Səhər Beynəlxalq Televiziyasının İran Parlamentinin İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi nüvə müzakirələrində İranın milli ehtiyatlarının hamısının qorunduğunu bildirərək əlavə edib: Şübhəsiz İran xalqının müqaviməti qərbliləri müzakirə masasına gətirdi və sonda nüvə yekununun gerçəkləşməsi və sanksiyaların ləğvində əvəzsiz rolu oynadı. Çünki xalq ağır sanksiya şəraitində sülhməramlı nüvə fəaliyyətləri, sonra isə müzakirələri tam şəkildə dəstəklədi.Əlaəddin Brucerdi nüvə müzakirə komandası, xüsusilə də İran xarici işlər nazirinin müsbət və gözə çarpacaq funksiyasına toxunaraq xatırladıb: Nüvə müzakirə komandasının müqavimət və sayıqlığı nüvə məsələsində quruluşun qırmızı xətlərinin qorunması ilə nəticələndi.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri həmçinin İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin parlamentin iclasında iştirak edəcəyini bildirib və deyib: Zərif gələn həftə parlamentdə millət vəkillərinə həyata keçirilən addımlar və nüvə anlaşması barədə hesabat verəcək.