İyul 16, 2015 16:38 Asia/Baku
  • AEBA-nın İrana gedəcək müfəttiş heyətində heç bir amerikalı olmayacaq
    AEBA-nın İrana gedəcək müfəttiş heyətində heç bir amerikalı olmayacaq

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri bildirib ki, Atom Enerjisi üzrə Beynəxalq Agentliyin İrana müfəttiş heyətlərində heç bir amerikalı olmayacaq.

Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Suzan Rays deyib: İranın nüvə obyektlərinə baxış keçirəcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttiş heyətlərində heç bir amerikalı olmayacq.
Rays əlavə edib: AEBA beynəlxalq və etibarlı təşkilatdır və İranla yaxşı diplomatik münasibətləri olan agentliyə üzv müfəttişlərdən ibarət komandası İranda baxışlar keçirəcək.
Rays bildirib: Amerikanın heç müstəqil bir heyəti də İranda baxış keçirməyəcək və AEBA Amerika və digər ölkələrin yerinə baxışları həyata keçirəcəkdir.
İran və Altılıq qrupu müzakirələrinin yekununa əsasən Tehran beynəlxalq qaydalar çərçivəsində AEBA-nın baxış keçirməsi ilə razılaşmışdır.
Son illər ərzində AEBA müfəttişləri dəfələrlə İranın nüvə obyektləriə baxış keçirmişlər.

Teqlər