İyul 20, 2015 14:02 Asia/Baku
  • Zərif: Bəzi qüdrətlər diplomatiyanı idarəetmə potensialına malik deyillər
    Zərif: Bəzi qüdrətlər diplomatiyanı idarəetmə potensialına malik deyillər

İran İslam Respublikasının xarici işlər naziri deyib: İran və 5+1 qrupu arasında Vyanada nüvə anlaşmasının əldə edilməsinin ardınca, hələ də gücdən istifadə barədə danışanlar, diplomatiyanın idarə edilməsi, irəliyə götürülməsi və möhkəmləndirilməsi potensialına malik deyillər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İRNA ilə müsahibədə ABŞ rəsmilərinin ötən günlər ərzində hərbi seçimdən istifadə barədə verdikləri açıqlamalara reaksiya olaraq deyib: Dünya ictimaiyyətinin ötən həftə Vyanada əldə olunan anlaşmanı, diplomatiyanın müharibə və kobudluq üzərində qələbəsi kimi hesab etdiyi bir vaxtda, çox təəssüflər olsun ki, hələ də elə şəxslər var ki, öz puç və anlamsız xəyallarını gerçəkləşdirmək üçün gücdən və qeyri-qanuni yollardan istifadə barədə söz açır, öncədən yararsız olduğu bir seçimdən istifadəyə təkid edirlər.
İranın xarici işlər naziri əlavə edib: Belə nəzərə gəlir ki, bu insanlar başqalarının hüquqlarına təcavüz etmək üçün gücdən istifadə etmək bir seçim yox, qorxulu və ağılsız bir vəsvəsədir. Və bu kimi vəsvəsələr adəti üzrə diplomatiyanı idarə etmək, inkişaf etdirmək və möhkəmləndirmək bacarığına malik olmayanlar tərəfindən irəli sürülür.

Teqlər