Vilayəti: Müfəttişlərin İranın hərbi bazalarına daxil olmaları qadağandır
İyul 25, 2015 14:08 Asia/Baku
-
Əli Əkbər Vilayəti
İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və yaxud istənilən digər qurumun müfəttişlərinin İranın hərbi obyektlərinə daxil olmaları qadağandır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti Əl-Cəzirə televiziyasına verdiyi müsahibədə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə öz hərbi mərkəzlərinə baxış keçirmək icazəsi verməyəcəyini bildirərək əlavə edib: İran hərbi mərkəzlər barəsində öz bütün hüququnu özündə saxlayır.Vilayətinin sözlərinə görə, 5+1 qrupunun istənilən anlayışına baxmayaraq, İran açıq və şəffaf şəkildə bildirib ki, AEBA və yaxud istənilən digər qurumun müfəttişlərinin İranın hərbi obyektlərinə daxil olmaları qadağandır.