İyul 29, 2015 17:47 Asia/Baku
  • Cənab Əxgəri media həmrəyliyini vurğulayıb
    Cənab Əxgəri media həmrəyliyini vurğulayıb

İran İslam Respublikası Teleradio Təşkilatının xarici yayım üzrə sədr müavini Moskvada bildirib: Qərbin media hegemoniyası qarşısında media həmrəyliyi zərurət tələb edir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin önəmli medialarının iclası çərşənbə axşamı günü Rusiya paytaxtı Moskvada keçirilib.
Beynəlxalq sülh və təhlükəsizliyə xidmət üçün media sahəsindəki son proseslər və ondan münasib istifadənin formatı barədə məsləhətləşmələr aparılıb.
İran İslam Respublikası Teleradio Təşkilatının sədr müavini bildirib: Müstəqil medialar media həmrəyliyi yaratmaqla yanlış media hücumları ilə mübarizə apara bilərlər.

Teqlər