Avq 07, 2015 14:57 Asia/Baku
  • Binab Kababı
    Binab Kababı

Şərqi Azərbaycan özünəməxsus ab-havası və bir neçə minillik tarixi ilə zəngin mətbəxə malikdir. Bu yeməklərdən biri isə ölkə səviyyəsində ad qazanmış, məşhur Binab Kababıdır.

Ölkənin şimalından cənubuna, şərqindən qərbinə kimi uzanan bütün məntəqələrdə öz dadı və ləzzəti ilə tanınan və Təbriz üçün bir iftixara çevrilən bu kabab, əslində Binab adlı bir şəhərə aiddir. Biz də bu kababın dadına baxmaq, onun ləzzətini anlamaq üçün onun ana vətəni olan Binab şəhərinə üz tutmuşuq. Bu günlər Binabda adı və dadı ilə unudulmaz bir xatirəyə çevrilən Binab Kabab festivalı keçirilir. Bu festival Binab Kababının milli irs olaraq qeydiyyata alınması , bir brendə çevrilməsi münasibətilə təşkil edilib. Binabın özünəməxsus ab-havası, öz dadı ilə seçilən yüksək keyfiyyətli yerli ət və digər məhsullardan hazırlanması, bu kababa ayrı bir dad qatmış olur. Həmçinin, Binab kababının haqırlanması və bişirilməsi qaydası da özünəməxsusluğu ilə seçilir. Deyilənlərə görə Binab kababının 100 illik keçmişi var və ilk dəfə olaraq Hacı Səməd adlı bir kəndli tərəfindən bişirilib. Hacı Səmədin Binab bazarında bir yeməkxanası var imiş və bu növ kababı ilk dəfə o bişiribmiş. Bu kababın əsas özəlliklərindən biri, onun qiyməkeş ilə doğranmasıdır. Bu kababın bir neçə növü var: Ənənəvi Binab Kababı, Qiymə Kabab, Kərə yağlı və yumurtalı kabab, qaşlı kabab və sultan kababı.
İlk dəfə olaraq keçirilən bu festivalda məqsəd, Binab Kababını yerli və xarici turistlərə daha artıq tanıtmaqdır.

Teqlər